"Əgər biz dünya arenasına çıxmaq, dünya siyasətinə təsir göstərmək istəyiriksə öz fəaliyyətimizi daha da gücləndirməliyik. Azərbaycan dövləti olaraq ölkəmizdə vətəndaş cəmiyyətinin güclənməsi, möhkəmlənməsi istiqamətində səylərimizi birləşdirməliyik". Bunu SİA-ya Milli Qeyri-hökumət təşkilatı (QHT) Forumunun prezidenti Rauf Zeyni Avropa Parlamentinin "Bakı 2015" I Avropa Oyunların ilə bağlı çıxardığı qərara münasibət bildirərkən deyib.
QHT Forumu prezidentinin sözlərinə görə, bu gün Azərbaycan idman, tolerantlıq, mədəniyyət, dialoq və hətta düşüncə mərkəzinə çevrilib: "Əgər dünya liderləri Azərbaycana gəlib dünyanın probemlərini Bakıda müzakirə edirsə, bu artıq ölkəmizin daha böyük, beynəlxalq əhəmiyyətli dövlətə çevrilməsindən xəbər verir. Bütün bunlarla bərabər qeyri-hökumət təşkilatları olaraq həm Avropanın bizə etimad göstərməsi, həm də 38 dövlətin səs verib I Avropa Oyunlarının Azərbaycanda keçirməsini qərarlaşdırması bizlərə böyük etimaddır. Təbii ki, biz bunların hamısını yüksək dəyərləndiririk. Azərbaycanın bu uğurları davam etdikcə ölkəmizə qarşı qara-piar kampaniyası da davam edəcək. Biz QHT, media olaraq da bu kampaniyaya qarşı öz cavabımızı veririk".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB