Fuad Muradov: “Səfirin qarşısında konkret suallar qoymalıyıq” AÇIQLAMA
"Azərbaycanda mütəmadi olaraq "Bakı 2015" I Avropa Oyunları ilə bağlı dinləmələr keçirilməlidir". Bunu SİA-ya millət vəkili Fuad Muradov Avropa Parlamentinin I Avropa Oyunları ilə bağlı çıxardığı qərara münasibət bildirərkən deyib.
Deputat deyib ki, Azərbaycanın qeyri-hökumət təşkilatlarının və mətbuatının hüququ var ki, ölkəmizdə akkreditə olunmuş Avropa Birliyi səfirinin qəbuluna düşsünlər və ona bu sualları yönəltsinlər: "Biz səfirin qarşısında konkret suallar qoymalıyıq. Avropa Parlamentində dinləmələr zamanı xanım üzvlərdən biri çıxışı zamanı dedi ki, Beynəlxalq Olimpiya Komitəsi Avropa Oyunlarını satır. Biz ümumi işlərin aparılması üçün ölkəmizə Olimpiya Komitəsinin nümayəndələrini cəlb etmişik. Belə olan təqdirdə onların söylədikləri absurd fikirlərdir. Əgər biz buna qarşı həqiqətən də uzunmüddətli mübarizə aparmaq istəyiriksə, ciddi addımlar atmalıyıq. Eyni zamanda mətbuatın çıxışlarına da dəstək olunmalıdır ki, onlar xaricdə müəyyən tədbirlər həyata keçirə bilsinlər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB