Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) nəzdində Psixologiya İşçi Qrupu tərəfindən ali məktəblərə qəbul imtahanlarında iştirak edəcək abituriyentlər üçün maarifləndirici və psixoloji təlimlər keçirilir. SİA-nın məlumatına görə, ümumtəhsil müəssisələrində "Pozitiv" Psixologiya Mərkəzinin psixoloq təlimçilərinin təqdimatında keçirilən təlimlərdə yüksək nəticə ilə aliməktəbə daxil olmuş tələbələr də həmçinin çıxış edərək abituriyentlərə öz tövsiyələrini bildirirlər.
Layihənin çərçivəsində keçirilən ilk təlim261 saylı Məktəb Liseydə təşkil olunub. Təlimdə həmin məktəbin 50-dən çox abituriyenti və müəllim heyəti, prezident təqaüdçüsü tələbələrini ştirakı ilə qarşılıqlı müzakirələr aparılıb. Layihə çərçivəsində keçirilən növbəti təlimisə M. Hacıyev adına 116 saylı tam orta məktəbdə keçirilib. Təlimdə həmin məktəbin məzunu olub yüksək nəticə əldə edən tələbələrdə iştirak edib.
Qeyd edək ki, təlimlərin keçirilməsində əsas məqsəd abituriyentlərdə imtahanqabağı stressi minimuma endirmək, onlarda özünəinam yaratmaq və bununla qəbul imtahanlarında yüksək nəticə əldə etməsinə dəstək verməkdən ibarətdir.




Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB