İndi növbə kimindir? İSTEFA

Müsavat Partiyasında davam edən istefaların kütləvi hal alması yaxın günlərdə daha bir neçə tanınmış müsavatçının təşkilat sıralarından getməsi ilə nəticələnə bilər. SİA xəbər verir ki, bu barədə partiyanın sonuncu qurultayının nəticələrini tanımadığına görə təşkilat sıralarından uzaqlaşdırılan Kamil Xəlilbəyli "facebook" səhifəsində yazıb. Onun fikrincə, artıq növbə digər tanınmış müsavatçılara çatıb.

"Növbə Ellada Məmmədlinin, Tural Abbaslının, Rüfət Hacıbəylinin, Cavid Hacıbəylinin, Dunyaxanım Cahanın, Fizuli Qəhrəmanlınındır…"

Kamil Xəlilbəyli vaxtı çatanda bu insanlarımn da uzaqlaşdırılacağını "unutma haaa" ironiyası ilə bildirib.

Xatırladaq ki, bu gün daha 22 nəfər müsavatçı funksioner və fəal partiya rəhbərliyinin avtoritar idarəçiliklərinə etiraz olaraq, Müsavatdan istefaya getdiklərini bəyan ediblər.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə