Sabiq müsavatçıdan rəyhbərliyə ittiham VİCDANSIZLAR

İsmayıl Kəsəmənli: “Ləyaqətli insanların pozulmuş hüquqlarının bərpası üçün aclıq aksiyasına başlanılsın"
Sabiq müsavatçıdan rəyhbərliyə ittiham VİCDANSIZLAR

Müsavat Partiyasının qərargahında "siyasi məhbuslara azadlıq" adı altında "aclıq" kampaniyası başladanlara partiya sıralarını tərk etmiş tanınmış müsavatçıdan təklif gəlib. SİA xəbər verir ki, vaxtilə partiyada fəallığı ilə seçilən İsmayıl Kəsəmənli sosial şəbəkədəki səhifəsində Müsavat başqanı Arif Hacılının bir sıra sabiq müsavatçıların hüquqlarını pozduğunu iddia edib və təklif edib ki, hüquqları pozulan keçmiş müsavatçılar təşkilat rəhbərliyinin həmin addımlarına qarşı aclıq kampaniyasına başlasınlar. O, partiya rəhbərliyini "vicdansız" da dalandırıb. "Təklif edirəm ki, Müsavat Partiyasından vicdansızcasına çıxarılan ləyaqətli insanların pozulmuş hüquqlarının bərpası üçün aclıq aksiyasına başlanılsın".

Xatırladaq ki, İsmayıl Kəsəmənli ötən gün də partiya rəhbərliyini sərt şəkildə ittiham etmiş, onları "gəda" adlandıraraq, təhqir etmişdi.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə