Valeh Ələsgərov: “Avropa Parlamenti Azərbaycana qarşı alçaq hərəkətlərə əl atır”

Valeh Ələsgərov: “Avropa Parlamenti Azərbaycana qarşı alçaq hərəkətlərə əl atır”

"Avropa Parlamenti Azərbaycana qarşı alçaq hərəkətlərə əl atır". SİA-nın məlumatına görə, bunu Milli Məclis sədrinin müavini Valeh Ələsgərov Milli Məclisdə bu gün keçirilən anti-Azərbaycan kampaniyasına həsr olunan dinləmələrdəki çıxışı zamanı deyib.

V. Ələsgərovun sözlərinə görə, təəcübləndirici hallardan biri budur ki, Avropa Parlamentinin üzvləri bu qədər alçaq hərəkətlərə əl atırlar və bunu silsilə şəkildə edirlər: "Bu hər hansı mərkəzdən idarə olunan davamlı prosesdir. Son zamanlar vətən xaini Ələkrəm Hümmətov kimi alçaq, vətən xainlərini Avropa Parlamentindəki dinləmələrə dəvət edirlər. Cəbhəni yaran bir alçağı ora dəvət etmək onların hansı niyyətdə olduqlarının göstəricisidir".

V. Ələsgərov vurğulayıb ki, Azərbaycan başqa ölkələrdən fərqli olaraq müstəqil siyasət aparır: "Azərbaycanın kiminsə ağzına, əlinə baxmağa ehtiyacı yoxdur. Təzyiqlərə baxmayaraq, biz müstəqil siyasəti aparırıq. Avropa siyasətçilərinin Azərbaycanla əməkdaşlığını qurmaq, tənqid, tərif etmək üçün yetərli qədər platformalar var. Bizimlə tərəfdaş kimi danışsınlar. Başqa cür qəbul edə bilmərik".

Bütün xəbərlər Facebook səhifəmizdə