Elçin Mirzəbəyli: “Milli Şura”dakılar qrant havasına düşüblər" MÜNASİBƏT

Elçin Mirzəbəyli: “Milli Şura”dakılar qrant havasına düşüblər" MÜNASİBƏT

"Bəzi beynəlxalq təşkilatları, ermənipərəst dairələrin I Avropa Oyunları ərəfəsində Azərbaycana qarşı qarayaxma kampaniyası aparması onların Azərbaycandakı nüfuz müvəkkillərini də həvəsləndirib". Bunu SİA-ya Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Elçin Mirzəbəyli "Milli Şura" adlı qurumun növbəti mitinq keçirməsinə münasibət bildirərkən deyib.

E. Mirzəbəyli qeyd edib ki, bu prosesin eyni mərkəzdən idarə olunduğu artıq heç kəsə sirr deyil: "Görünür "Milli Şura"dakılar yenidən qrant havasına düşüblər. Bunun üçün Azərbaycanın düşmənləri ilə eyni addımlar atmaqdadırlar. Eyni zamanda belə addımları ilə özlərini yeni danos dairələrə sırımağa çalışırlar".

Bütün xəbərlər Facebook səhifəmizdə