Elmar Məmmədyarov Türkiyəyə yola düşüb

Elmar Məmmədyarov Türkiyəyə yola düşüb

Azərbaycan Respublikası NATO-nun Əfqanıstanda "Qətiyyətli Dəstək" missiyasına töhfə verən dövlət statusunda 12-13 may 2015-ci il tarixində Türkiyənin Antalya şəhərində keçirilən NATO üzv dövlətlərinin xarici işlər nazirlərinin iclasına dəvət olunub. Azərbaycan Xarici İşlər Nazirliyindən SİA-ya verilən məlumata görə, iclasda iştirak etmək üçün xarici işlər naziri Elmar Məmmədyarov Türkiyəyə yola düşüb.

Bütün xəbərlər Facebook səhifəmizdə