Ulu Öndər Neftçalada da anıldı

Ulu Öndər Neftçalada da anıldı

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü Neftçalada təntənə ilə qeyd olunub. SİA-nın məlumatına görə, rayon rəhbərliyi, yüzlərlə sadə neftçalalı Ulu Öndərin abidəsi önünə əklil və gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.

Bayram tədbirləri çərçivəsində bulvar kompleksində kitab festivalı keçirilib.

Tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı İsmayıl Vəliyev dünya şöhrətli siyasi xadim Heydər Əliyevin zəngin dövlətçilik fəaliyyətindən bəhs edib.

Məktəblilərin hazırladıqları və rəngarəngliyi ilə seçilən əsərlər iştirakçıların marağına səbəb olub.

Maraqlı konsert proqramı bayram əhval-ruhiyyəsini daha da artırıb. /azertac/

Bütün xəbərlər Facebook səhifəmizdə