Bu gün Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 92 illik yubileyi qeyd olunur. SİA-nın məlumatına görə, Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə "İrəli" İctimai Birliyi və "İrəli" Production maraqlı video hazırlayıb.
Videoda "İrəli" İctimai Birliyinin təşkilatçılığı ilə xalq şairi Səməd Vurğunun "Azərbaycan" şeri tanınmış şəxslər tərəfindən səsləndirilib.
Xatırladaq ki, "İrəli" İctimai Birliyi Azərbaycan Respublikasında əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən dövlət gənclər siyasəti çərçivəsində ölkə gənclərinin sosial, humanitar, siyasi və mədəni cəhətdən inkişafında xüsusi yeri olan gənclər təşkilatıdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB