Əli Həsənov: "İnsanların oyunlarla bağlı əhval-ruhiyyəsi yaxşılaşır"
"Azərbaycan xalqı Avropa Oyunlarına ciddi hazırlaşır. Avropa Oyunları tək dövlətin deyil, bütün Azərbaycanın tədbiridir, ümumxalq tədbiridir". SİA-nın məlumatına görə, bunu bu gün jurnalistlərə açıqlamasında Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov deyib.
PA rəsmisinin sözlərinə görə, Azərbaycan xalqı Avropa Oyunlarına ciddi hazırlaşır: "Biz bu tədbirdən maksimum istifadə edərək Azərbaycan xalqının milli-mənəvi dəyərlərini, Azərbaycan xalqının mədəniyyətini, həyat tərzini, o cümlədən torpaqlarımızın işğalı faktını, neçə illərdir Azərbaycanın bölgədə yürütdüyü siyasəti, qonşularla münasibəti və sair dünyaya çatdırmaq istədiyimiz məsələləri çatdıracağıq".
Ə.Həsənov bildirib ki, Azərbaycanda bir bayram ovqatı yaşanır: "Olimpiya məşəli addım-addım respublikamızı dolanır və bu məşəllə birlikdə insanların oyunlarla bağlı əhval-ruhiyyəsi yaxşılaşır. Hər gün məşəlin müşaiyəti ilə bağlı on minlərlə insan bu bayram tədbirlərində iştirak edir. Biz Avropa Oyunlarının yüksək standartını ortaya qoyacağıq. Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın rəhbərliyi ilə təşkilat komitəsi çox səmərəli və uğurlu fəaliyyət gösətrir. Bu fəaliyyət artıq bütün sahələrdə özünü göstərir. Dövlət qurumları və digər müvafiq qurumlar da Avropa Oyunlarına hazırlaşır. Hər birimizin üzərinə müəyyən məsuliyyət düşür. Əminəm ki, kütləvi informasiya vasitələri media işçiləri, jurnalistlər də bu tədbirə xüsusi hazırlaşırlar. Gün ərzində reportajlar, bölgələrdə olimpiya məşəlin ardınca xalqın ovqatının işıqlandırılmasını görürük və düşünürəm ki, bu, belə də davam edəcək".
O əlavə edib ki, respublikadakı ictimai-siyasi ovqat da Avropa Oyunlarına köklənib, əhali ayrı-ayrı idman qurğularında gedən işlərə baxır, yarışlara tamaşa etməyə hazırlaşır: "Əhalinin bütövlküdə bugünkü əhval-ruhiyyəsi Avropa Oyunlarına istiqamətli olaraq yüksəkdir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB