Azərbaycanın Aİ-dən istəyi

Mayın 7-də Brüssel şəhərində Avropa İttifaqının (Aİ) "Şərq Tərəfdaşlığı" ölkələrinin ticarət nazirlərinin birinci qeyri-rəsmi görüşü keçirilib. Ticarət üzrə Avropa komissarı Sesiliya Malmströmün sədrliyi ilə keçirilən görüşdə Azərbaycan tərəfini xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev təmsil edib.

Azərbaycan XİN-in mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, tədbirdə "Şərq Tərəfdaşlığı" ölkələri ilə Aİ arasında iqtisadi-ticarət münasibətlərinin inkişaf etdirilməsi perspektivləri müzakirə olunub. M. Məmmədquliyev tədbirdə çıxış edərək bildirib ki, Azərbaycanın dinamik iqtisadi inkişafı davam edir və milli iqtisadiyyatın diversifikasiyası məqsədilə qeyri-neft sektorunun və bu xüsusda ixracyönümlü sahələrin inkişaf etdirilməsi Azərbaycan hökumətinin həyata keçirdiyi iqtisadi islahatların əsasını təşkil edir. Aİ-nin Azərbaycanın əsas ticarət tərəfdaşı olduğunu söyləyən nazir müavini ikitərəfli ticarət əlaqələrinin genişləndirilməsi üçün geniş potensialın mövcud olduğunu deyib.

Azərbaycanın işğal olunmuş ərazilərində istehsal olunan məhsulların Avropaya qeyri-qanuni şəkildə idxal hallarından narahatlığını ifadə edən M. Məmmədquliyev bu halların qarşısının alınması məqsədilə Aİ tərəfindən zəruri tədbirlərin görülməsinin vacibliyini xüsusilə vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com