Komitə sədri: “Ən dəyərli cavab tolerantlığımızı dünyaya çatdırmaqdır”

Komitə sədri: “Ən dəyərli cavab tolerantlığımızı dünyaya çatdırmaqdır”

"Beynəlxalq və yaxud hansısa qeyri-hökumət təşkilatları Azərbaycanla bağlı hazırladıqları hesabatlarında ölkəmizdə olan müsbət tərəfləri (multikulturalizmi, tolerantlığı) xüsusi qeyd edirlər. Son illərdə Azərbaycanda görülən işlər və aparılan siyasət sahəsində ölkəmizə qarşı tənqidi fikirlər demək olar ki, xeyli dərəcədə azalıb. Lakin buna baxmayaraq, bəzi dairələr var ki, onlar Azərbaycanla bağlı qərəzli mövqe nümayiş etdirirlər". Bunu SİA-ya Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı bəzi beynəlxalq təşkilatların Azərbaycanda dini icmaların qeydiyyatı ilə bağlı iddia ciddi problemlərin olmasına dair qərəzli hesabatlarına münasibət bildirərkən deyib.

DQİDK sədrinin sözlərinə görə, onlar Azərbaycandakı mövcud ictimai-siyasi və dini vəziyyətlə, vizdan azadlığı ilə bağlı yalnış məlumatlar yayırlar: "Təbii ki, biz bu məlumatları zaman-zaman təkzib edirik və onların yalnış, yalan olduğunu dünya ictimaiyyətinə çatdırırıq. Bu cür qurumların yaydığı məlumatlar da istənilən nəticəni vermir. İndi bütün dünya – Şimal, Cənub, Qərb, Şərq birmənalı şəkildə etiraf edir ki, Azərbaycan tolerant, multikultural ölkədir. Hətta ölkəmizin tolerantlığının dünyaya nümunə olacağı barədə də beynəlxalq miqyasda ekspertlər səviyyəsində rəylər verilir. Hesab edirəm ki, Azərbaycan əleyhinə qərəzli məlumatlar yayaraq, ölkəmiz haqqında mənfi fikir formalaşdırmağa cəhd edənlərə bizim ən dəyərli cavabımız tolerantlığımızı dünyaya çatdırmaqdır. Təbii ki, bunu da biz etməkdəyik".

Bütün xəbərlər Facebook səhifəmizdə