Pentaqon Suriya müxalifətinin hərbi təlimlə bağlı qəbul etdiyi qərarı bu həftənin sonuna qədər icra etməyi nəzərdə tutur. SİA xəbər verir ki, bu barədə CNN kanalı ABŞ-ın hərbi mənbələrinə istinadən məlumat yayıb. Qeyd olunub ki, hərbi təlim-məşq prosesi Türkiyə və İordaniya ərazilərində aparılacaq. Məqsəd isə "İslam Dövləti" ("İD") terror təşkilatına qarşı hərbi əməliyyatların keçirilməsindən ibarətdir.
Artıq Türkiyə və İordaniyaya 400 nəfərədək hərbi təlimatçının getdiyi bildirilir. Təlimlərə qatılmaq üçün isə 3 minə yaxın insan müraciət edib. Eyni zamanda, 400 nəfər müxalifətçi təhlükəsizlik qaydalarına cavab verən prosedurları keçib. Təlimlər zamanı müxalifətçilər ilk tibbi yardım, eləcə də hərbi taktiki əməliyyatların aparılması, o cümlədən, radioötürücülər və odlu silahlarla davranış qaydalarını öyrənəcəklər.
Planın tərkib hissəsi isə ondan ibarətdir ki, müxalifətçilər doğma şəhərlərinə geri qayıtdıqdan sonra, onlar "İD"-yə qarşı daha yaxşı müqavimət göstərə bilsinlər.
CNN onu da xəbər verir ki, Pentaqon rəsmiləri hərbi təlimlər keçən müxalifətçilərin hərbi təlimlərdən sonra Suriya prezidenti Bəşər Əsədə qarşı da mübarizə aparacaqlarını istisna etmirlər. Ancaq o da vurğulanır ki, hərbi təlimlərin məqsədi Bəşər Əsədə qarşı deyil, məhz "İD" terror təşkilatına qarşı mübarizə aparmaq üçün planlaşdırılıb.
Bu arada Suroya müxalifətinin liderlərindən olan Milli Koalisiyanın Prezidenti Xalid Xoca öz növbəsində bildirib ki, Vaşinqtonun Bəşər Əsəd rejiminə qarşı çıxan insanlara dəstəyi çox aşağı səviyyədə aparılır. "Bizim terrorçuluğa və Əsəd rejiminə qarşı mübarizə aparmağa gücümüz və bacarığımız kifayət qədər var. Lakin bizə – Azad Suriya Ordusuna (ASO) daha çox və sürətli templərlə döyüşçü hazırlamaq lazımdır" -deyə, Suriya müxalifətinin lideri bildirib.
Qeyd edək ki, Pentaqonun proqramında ildə beş minədək döyüşçünün hazırlanması nəzərdə tutulub. Hazırda "İD" terror təşkilatının sıralarında 30 mindən çox silahlının yüer aldığı bildirilir.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB