Fuad Muradov: "Qərəzli mövqe heç bir işimizə təsir etməyəcək" AÇIQLAMA

Fuad Muradov: "Qərəzli mövqe heç bir işimizə təsir etməyəcək" AÇIQLAMA

"Məqsəd odur ki, Azərbaycan zəifləsin, müstəqil siyasəti olmasın. Ölkəmizə qarşı aparılan kampaniyaların arxasında erməni lobbisi dayanır ki, onların da əsas məqsədi Azərbaycan torpaqlarının işğaldan azad olunmamasıdır. Beynəlxalq müstəvidə bizi antidemokratik, insan haqları ilə bağlı problemli bir ölkə kimi göstərməyə çalışırlar". Bunu SİA-ya Milli Məclisin deputatı Fuad Muradov son vaxtlar xarici qüvvələrin Azərbaycana qarşı apardığı qarayaxma kampaniyası barədə fikirlərini bölüşərkən deyib.

Millət vəkili qeyd edib ki, bu gün Azərbaycan özünü dünyaya tamamilə qüdrətli, müstəqil və güclü bir dövlət kimi təqdim edib: "Bu baxımdan ölkəmizin müstəqil siyasəti təbii ki, bir çox qüvvələrin xoşuna gəlmir və onlar çalışırlar ki, hər hansı bir imkan olan kimi heç bir məntiqə sığmayan məsələlərdə Azərbaycanı ittiham etsinlər".

Fuad Muradov əminliklə bildirib ki, düşmənlər və onların havadarları qarayaxma ilə Azərbaycanı zəiflətməyə nail ola bilməyəcəklər: "Azərbaycanın müstəqil siyasəti, ölkəmizin regionda olan nüfuzu, həyata keçirdiyi regional layihələrə nəzərə saldıqda görürük ki, dövlətimiz üzərinə götürdüyü bütün öhdəlikləri yerinə yetirib. Ona görə də bu qərəzli mövqe bizim heç bir işimizə təsir etməyəcək. Avropa Oyunları, ümumiyyətlə bütün regional layihələrimizi gerçəkləşdirəcəyik. Buna heç kim mane ola bilməyəcək".

Bütün xəbərlər Facebook səhifəmizdə