"Bu gün dünyanın böyük dövlətləri müstəqil siyasət yeridən ölkələri qəbul etmək istəmirlər. Azərbaycan isə müstəqil siyasət yeridir. Təəssüf ki, müstəqil siyasətimiz, sürətli inkişafımız bir çox böyük dövlətləri narahat edir". Bunu SİA-ya millət vəkili Tahir Rzayev deyib.
Onun sözlərinə görə, həmin dövlətlər istəyir ki, Azərbaycanda da hərc-mərclik yaransın, ictimai-siyasi sabitlik pozulsun və bundan sonra öz mövqelərini diktə etsinlər: "Azərbaycan bu yolla razılaşmır. Müstəqil siyasət yeridir. Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə deyib ki, Azərbaycan heç bir dövlətin diktəsi ilə işləmir. Heç kim də Azərbaycan öz mövqeyini qəbul etdirə bilməz. ABŞ başda olmaqla özünü demokratik adlandıran bir çox dövlətlər Azərbaycanın yeritdiyi siyasəti bəyənmirlər və Azərbaycan qarşı şantaja əl atırlar. Belə addımlar Azərbaycanda keçirilən beynəlxalq tədbirlər zamanı daha da güclənir".
T.Rzayev deyib ki, başqa dövlətlərin olimpiya oyunlarına hazırlaşması üçün 7 il vaxt lazım olduğu halda Azərbaycan 3 il ərzində bu işin öhdəsindən gəlib: "Bunu da gözləri götürmür. İsveç Olimpiya Komitəsinin prezidenti verdiyi müsahibədə bildirib ki, bu oyunların keçirilməsinin əleyhinədir. Deyir ki, Azərbaycanda guya insan haqları pozulur, qeyri-sabit vəziyyət var. Bu Azərbaycana qara yaxmaq, I Avropa Oyunlarını ictimaiyyət qarşısında gözdən salmaq məqsədinə xidmət edən təxribatdan başqa bir şey deyil".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB