Aydın Mirzəzadə: “Müsavat dərnək çərçivəsindən kənara çıxa bilmir” AÇIQLAMA
"Bu gün Müsavat partiyası dərin böhran içərisindədir. Yeni rəhbərliyin gəlməsi əslində partiyadaxilində əvvəldən gedən böhranı bir qədər də dərinləşdirdi". Bunu SİA-ya Yeni Azərbaycan Partiyası İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, millət vəkili Aydın Mirzəzadə Müsavat partiyasının Suraxanı rayon təşkilatının Vurğun Əyyubun partiyadan xaric edilməsi ilə bağlı təşkil etdiyi aksiyaya münasibət bildirərkən deyib.
Millət vəkilinin sözlərinə görə, Müsavat müasir dövrün, cəmiyyətin böyük hissəsinin maraqlarını təmin edən partiya çevrilə bilmədi: "O, dərnək çərçivəsindən kənara çıxa bilmir. Müsavat rəhbərliyində təmsil olunanlar adətən özünün siyasi oppenentlərini partiyadan çıxarmağa, təmizləməyə çalışırlar. Təbii ki, baş verənlərdə artıq ona bir daha təsdiqdir. Bu o demək deyil ki, piket keçirənlər özləri demokratiyanın tərəfdarlarıdır. Əgər onların nümayəndələri rəhbər seçilsə idi, bunlarda Arif Hacılını partiyadan çıxarmağa çağıracaqdılar. Müsavat bu günün partiyası ola bilmədi. Bu baxımdan da insidentlərin, hadisələrin baş verməsi bundan sonra da silsilə şəklində davam edəcək".
Qeyd edək ki, bu gün Müsavat partiyasının Suraxanı rayon təşkilatı Vurğun Əyyubun partiyadan xaric edilməsi ilə bağlı aksiya təşkil edib. Onlar Vurğun Əyyubun partiyadan nizamnaməyə zidd olaraq çıxarılmasına etiraz edirlər. Etirazçılar, həmçinin Arif Hacılının istefasını və Müsavat Partiyasının növbədənkənar qurultayının çağırılmasını tələb ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB