"Azərbaycan və Ermənistan dövləti də Avropa Şurasının (AŞ) üzvüdür. Azərbaycan AŞ-ın üzvü olmamışdan öncə üzərinə götürdüyü öhdəliklərdən biri də ölüm hökmünün ləğvi ilə bağlı idi". Bunu SİA-ya Yeni Azərbaycan Partiyasının (YAP) Beynəlxalq əlaqələr komissiyasının katibi, politoloq Elman Nəsirli deyib.
Politoloqun sözlərinə görə, Azərbaycan artıq ölüm hökmünün ləğvini yerinə yetirib: "Beləcə, dövlətimiz öz siyasətində yalnız humanizm prinsiplərindən çıxış edir. Yəni, Azərbaycan dövlətinin həm daxili, həm də xarici siyasətində humanizm prinsipləri ön plandadır. AŞ görsün ki, Ermənistan tərəfi girov götürdüyü azərbaycanlılara münasibətdə ömürlük həbs cəzası tətbiq edir, amma Azərbaycan tərəfi bu cür addım atmır. Halbuki anoloji addımların atılması üçün ölkəmizdə bütün imkanlar var. Qoy, Azərbaycan tərəfinin bu addımına, yanaşmasına beynəlxalq birlik adekvat qiymət versin. Onlar qərarlı şəkildə Azərbaycanı insan hüquq və azadlıqlarının pozulmasında ittiham edirlər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB