Baş nazirin müavinindən Rusiyaya açıq mesaj

Baş nazirin müavinindən Rusiyaya açıq mesaj

"Mayın 3-də qondarma "Dağlıq Qarabağ Respublikası"nın keçirdiyi "parlament" seçkiləri birinci deyil. Yəni, onlar bundan əvvəl də qondarma "seçkiləri" keçiriblər. Amma, bu "seçkilərin" danışıqlar prosesinə təsir edib-etməməsi məsələsinə gəlincə, guya onlar "seçki" keçirməsəydi, danışıqlar prosesi dəyişəcəkdi? Buna inanmıram". SİA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Respublikasının Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov deyib.

Ə. Həsənov deyib ki, bu "seçkilər" qanunsuz keçirilir: "O seçkiləri heç kim tanımır. Tanıyan bəzi təşkilatlar, dövlətlər isə özləri bu seçkiləri təşkil edirlər. Yəni, mahiyyətsiz bir şeydir".

"Danışıqlar prosesinin bəhrə verməməsinin səbəbi ABŞ, Fransa və Rusiyadır. Birinci səbəbkar isə Rusiyadır. Danışıqlar prosesinin nəticəsiz qalmasının səbəbini orada axtarmaq lazımdır".

Bütün xəbərlər Facebook səhifəmizdə