Baş nazirin müavini: “Ölkəmizə qarşı qarayaxma kampaniyasını gözləyirdik” AÇIQLAMA

Baş nazirin müavini: “Ölkəmizə qarşı qarayaxma kampaniyasını gözləyirdik” AÇIQLAMA

"Ümumiyyətlə biz ölkəmizdə keçiriləcək I Avropa Oyunları ilə bağlı qarayaxma kampaniyasını gözləyirdik". SİA-nın məlumatına görə, bunu bu gün Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov jurnalistlərə açıqlamasında deyib.

Komitə sədrinin sözlərinə görə, vaxtilə Ulu Öndərin fəaliyyəti, bacarığı o qədər səlis və yerində olub ki, bütün bunlar ona "düşmənlər" qazandırıb: "Dünyada belə anlar da olur.Prezident İlham Əliyevin işlədiyi dövr artıq dünya səviyyəli dövrdür. Ona görə də dünyanın bəzi dairələrin dövlət başçımıza və Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya qısqanclıq yaranmağa başladı. Bunun səbəbi isə çox sadədir. Bütün bunları bizə düşmən olan ermənilərin və hətta inkişaf etmiş dövlətlərin rəhbərlərinin gözü götürmür. Qısqanclıq yaradır ona görə ki, bizim etdiyimizi edə bilmirlər. Nə ABŞ, Rusiya, Avropa, nə də dünyanın inkişaf etmiş ölkələrinin heç biri cənab Prezident İlham Əliyevin və Mehriban xanım Əliyevanın 10-12 ildə gördüklərinin heç birini edə bilməyiblər və bilməyəcəklər də. Qısqanclıq artdıqca, dövlətin sayıqlığı da bir o qədər artır".

Bütün xəbərlər Facebook səhifəmizdə