“Çiçəklənən Ermənistan” qətl sifarişçisinin azadlığını tələb edir

Keçmiş deputat parlament üzvünün öldürülməsinə hazırlaşırmış
“Çiçəklənən Ermənistan” qətl sifarişçisinin azadlığını tələb edir

"Çiçəklənən Ermənistan" partiyasının parlament fraksiyasının sədri Naira Zöhrəbyan təşkilat üzvü, adı qətl sifarişində hallanan 73 yaşlı keçmiş deputat Qoar Yenkonyanın azadlığa buraxılması üçün imzatoplama aksiyasına başlayıb. SİA xəbər verir ki, bu barədə "armtoday" saytı yazır.

"Biz öz yerimizdə rahat oturaraq, heç nə baş vermədiyini nümayiş etdirə bilmərik. Ermənistan parlamentinin 73 yaşlı keçmiş deputatı barədə həbs qərarı çıxarılıb" -deyə, qeyd edən Zöhrəbyan onu da bildirib ki, parlament deputatları Qoar Yenkonyanın ev dustaqlığı ilə əvəz olunması üçün imza atmalıdırlar. Naira Zöhrəbyan bununla bağlı deyib: "Qoar Yenkonyan azadlıqda olsa, nə ictimaiyyət üçün, nə də "bizim möhtəşəm məhkəməmizə" heç bir təhlükə yaşatmayacaq".

Qeyd edək ki, həm də sahibkarlıqla məşğul olan 73 yaşlı eks-deputat Yenkonyan "Çiçəklənən Ermənistan" partiyasında təmsil olunana qədər Ermənistan SSR-nin xalq deputatı olub. O, parlamentin digər deputatı Karo Karapetyanın öldürülməsi üçün qətl sifarişi verilməsində ittiham olunur. Hazırda onun Erebuni polisinin müvəqqəti saxlanma kamerasında olduğu bildirilir. Yekonyanın vəkili Geqam Akopyan isə irəli sürülən ittihamların heç bir real fakta söykənmədiyini bildirib.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə