Səudiyyə Ərəbistanı Yəməndən ehtiyat edir MÜHARİBƏ

Təhsil müəssisələri bağlandı
Səudiyyə Ərəbistanı Yəməndən ehtiyat edir MÜHARİBƏ

Səudiyyə Ərəbistanı hökuməti bəyan edib ki, ölkənin cənubunda – Yəmənlə sərhəd olan Nəcran şəhərində bütün təhsil müəssisələri bağlanıb. SİA xəbər verir ki, dövlət televiziyasının bu məlumatı barədə "reuters" informasiya yayıb. Təhsil müəssisələrinin bağlanmasının səbəbləri barədə heç nə deyilməsə də, məlumatlı insanlar bildirirlər ki, koalisiya qüvvələri Yəmən şiələrinin yerləşdikləri mövqelərə güclü zərbələr endiriblər. Bundan sonra hüsuidlər Səudiyyə Ərəbistanı ərazisinə zərbərlər endirməyə müvəffəq olublar. Yəmənlə sərhəddə olan Nəcran şəhərinin təhsil müəssisələrinin bağlanması da, məhz buna görədir.

Qeyd edək ki, bu günlərdə "Human Rights Watch" təşkilatı Səudiyyə Ərəbistanı da daxil olmaqla, koalisiya qüvvələrinin üsyançı hüsuidlərə qarşı kasset bombaları işlətdiyini bildirmiş və onları qınayan bəyanat yaymışdı.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə