Mübariz Əhmədoğlu: “Ermənistan heç nə əldə edə bilməyəcək” AÇIQLAMA

Mübariz Əhmədoğlu: “Ermənistan heç nə əldə edə bilməyəcək” AÇIQLAMA

"Ermənistan şou mexanizmlərindən istifadə edir". Bu sözləri jurnalistlərə verdiyi açıqlamasında Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu deyib.

Politoloq qondarma erməni soyqırımına da münasibət bildirərək qeyd edib ki, Ermənistan rəhbərliyi qondarma erməni soyqrımı ilə bağlı heç nə edə bilməyəcəyini başa düşdüyü üçün Dağlıq Qarabağla bağlı baş verənləri Azərbaycanın apardığı siyasətin nəticəsi ilə əlaqələndirir: "Qarabağ məsələsində böyük dönüş baş verir. Ermənilər Azərbaycanın həm psixoloji, həm də təbliğat baxımından güclü olduğunu etiraf etdilər. Bu gün Ermənistanda nə baş verirsə, onu Azərbaycanla bağlayırlar. Bundan da vacibi ermənilərin təslimçilik əhval ruhiyyəsini rəsmiləşdirməsidir. Qondarma Dağlıq Qarabağ Respublikasının prezidenti Bako Saakyan Argentina mətbuatına müsahibə verəndə boynuna aldı ki, Qondarma Dağlıq Qarabağın əsas məqsədi Ermənistanın tərkibinə qatılmaqdır. Buna görə də ifadə edildi ki, Dağlıq Qarabağ müstəqil ola bilməz. Yəni Dağlıq Qarabağın müstəqil olması uğrunda aparılan işlərin nəticəsiz qaldığını özləri etiraf etdilər. Məhz bu gün Ermənistanın Dağlıq Qarabağla bağlı mövqeyində nə baş verirsə, bu Azərbaycanın apardığı siyasətin nəticəsidir. Erməni soyqırımı ilə bağlı Ermənistan rəhbərliyi başa düşür ki, heç nə əldə edə bilməyəcək. Ermənistan rəhbərliyi ayrı-ayrı müəsisələrin açılışını təşkil etməklə bəzi dövlət başçılarını özünə cəlb etmək istəyirdi ki, təki dünya dövlətləri qondarma erməni soyqrımının 100 illiyinə gəlsinlər. Lakin mən belə başa düşürəm ki, pornoaktrisa Kim Kardaşyanın həmin ərəfədə Ermənistana səfəri onlara populyarlıq gətirdi. Amma erməni soyqırımının 100 illiyi ərəfəsində ən böyük mexanizm rolunu Roma papasının bəyanatı oynadı. Roma papasının o bəyanatından sonra Serj Sarkisyan azərbaycanlı girovları buraxmağı yaddan çıxardı, əvvəldən nə planlaşdırmışdısa hamısını kənara atdı. Ermənistan şou mexanizmlərindən istifadə etdi".

Politoloq onu da qeyd etdi ki, "erməni soyqrımı" nın 100 illiyi Ermənistanın və dünya erməniliyinin bütün səylərinə baxmayaraq, arzuladıqları səviyyədə baş tutmadı: Qondarma soyqırıma cəmi 4 prezident gəldi. Müqayisə etsək Ermənistanın səviyyəsini görmək olar. Həmin ərəfədə Türkiyədə Çanaqqala qələbəsinin 100 illiyinin qeyd olunması ilə əlaqədar 90 ölkənin təmsilçiləri iştirak etmişdi. Bunlardan 21-i prezident və baş nazir səviyyəsində idi. Eyni zamanda Azərbaycanda III Qlobal Forum keçirildi. 70 ölkədən 350-ə yaxın nümayəndə heyəti iştirak etdi. Forumda iştirak edənlərin 6-sı fəaliyyətdə olan prezident idi. Ermənistana 24 Apreldə gələn Putinin isə orda olmasının əsas səbəbi Fransa prezidenti Fransua Ollandın həmin gün Ermənistanda olması idi. Ukrayna məsələsində Qərb liderləri ilə canlı təmaslar Rusiya üçün çox vacib idi. Beləliklə, Putin həm də Ukrayna məsələsini müzakirə etmək məqsədilə Ermənistanda oldu. Odur ki, "erməni soyqrımı" nın 100 illiyi Ermənistanın və dünya erməniliyinin bütün səylərinə baxmayaraq, arzuladıqları səviyyədə baş tutmadı".

Səbiyyə Əliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə