Beynəlxalq və regional ictimai-siyasi proseslərin təqdimatı olub

Beynəlxalq və regional ictimai-siyasi proseslərin təqdimatı olub

Bu gün 2015-ci ilin aprel ayında beynəlxalq və regional ictimai-siyasi proseslərin ümumi yekunları ilə bağlı tezislərin təqdimatı keçirilib. SİA-nın məlumatına görə, Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu beynəlxalq və regional ictimai-siyasi proseslərin ümumi yekunlarından danışıb.

Politoloq qeyd edib ki, bu gün üçün ən əhəmiyyətli tədbir I Avropa Oyunları ilə bağlıdır: "Azərbaycan həm regional həm də geosiyasi proseslərin çox aktiv mərhələsindədir. Bu, Azərbaycanın apardığı siyasətin nəticəsidir ki, biz dünyada gedən proseslərin ortasındayıq. Azərbaycan Cənubi Qafqazın lideridir. İlk dəfədir ki, Avropalılar bizə layihə təqdim etdilər. Bu da Azərbaycanın bu vaxta qədər gördüyü işə vurulan yekun idi. Yekun nəticəsi müsbət olduğu üçün də inandılar ki, Azərbaycan bu işin öhdəsindən layiqincə gələcək. Bu Oyunların Azərbaycan üçün ən mühüm göstəricisi ondan ibarətdir ki, Azərbaycanın Cənubi Qafqazda lider mövqeyini Beynəlxalq aləmdə, Avropada yaradılmasına şərait yaradacaq. I Avropa Oyunları ilə bağlı Azərbaycana gələn turistlər görəcəklər ki, Azərbaycanın Avropa üçün hədsiz əhəmiyyətli tranzit potensialı var. Avropanın Çinə, şərqə, Mərkəzi Asiyaya açılan ən etibarlı yolu Azərbaycandan keçir. Onlar Azərbaycandakı tolerantlığın təbiətən yarandığının şahidi olacaqlar. Avropa Oyunları Azərbaycanla bağlı məlumatları kütləviləşdirir. Bu Azərbaycan üçün böyük tarixi nəaliyyətdir. Lakin bəzi qüvvələr var ki, Azərbaycanın, o cümlədən Cənubi Qafqazın ssenarisini hazırlayır. Hətta manatın məzənnəsinə də təzyiq etdilər ki, Avropa Oyunları ərəfəsində Azərbaycana ziyan vursunlar. Azərbaycan Prezidenti buna qarşı da mübarizə apara bildi. Artıq Azərbaycanın ağır dövrləri Ümummilli lider Heydər Əliyevin vasitəsi ilə geridə qaldı. Azərbaycanda bu gün Heydər Əliyev kursu Prezidenti İlham Əliyevin idarəçiliyi ilə davam edir. Bunun üçün də kimsə Azərbaycanın gələcəyinə şübhə etməməlidir. Azərbaycan rəhbərliyinin ağıllı siyasəti var. Nə qədər ki, bu siyasət var, Azərbaycanın liderliyini heç kim gizlədə bilməyəcək".

Səbiyyə Əliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə