ABŞ polisi “Fox News” TV-yə təzyiq göstərib

ABŞ polisi “Fox News” TV-yə təzyiq göstərib

ABŞ-ın "Fox News" telekanalı polisin Baltimorda baş verən iğtişaşlar zamanı afroamerikalıya atəş açması ilə bağlı verdiyi xəbərə görə, "üzr istəyib". SİA "ria.ru"-ya istinadən xəbər verir ki, telekanal rəhbərliyi Baltimordakı hadisə ilə bağlı verilən xəbərin "həqiqətə uyğun olmadığını" bəyan edib.

Daha öncəki xəbərdə isə bildirilirdi ki, polislər qaradərilini saxlamaq üçün ona atəş açıblar, sonra isə həbs ediblər. Maraqlıdır ki, "düzəldilmiş" xəbərdə tamamilə əks məsələ barədə yazılıb. Belə ki, bu dəfə afroamerikalının əlində tapança olması qeyd edilib.

Pensilvaniyaınn hüquq müdafiəçiləri isə bununla bağlı deyirlər ki, "Fox News" telekanalı kifayət qədər peşəkar televiziyaçılardan ibarət olduğu üçün, bu kimi ciddi səhvlərə yol verə bilməz. Ehtimal olunur ki, məhz ştat polisi "Fox News"ə təzyiq göstərərək, həmin informasiyanın dəyişdirilməsinə və üzrxahlığın səsləndirilməsinə nail olub.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə