Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Pardament Assambleyasının (QDİƏT PA) baş katibi Asəf Hacıyev təşkilatın Hüquqi və Siyasi Məsələlər Komissiyasının 45-ci iclasında Ermənistan tərəfinin iştirak etməməsi məsələsinə münasibət bildirib. SİA-nın məlumatına görə, baş katib jurnalistlərə açıqlamasında deyib ki, iclasda 10 ölkə iştirak edir, Ermənistan tərəfi isə hər dəfə oluduğu kimi, yenə qeyri-konstruktiv mövqe ortaya qoyub.
Onun sözlərinə görə, belə iclaslarda iştirak etməmək üçün Ermənistan müxtəlif məzmunlu məktublar yazır: "Adətən Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyası (QDİƏT PA) komissiyalarının iclasında 6-8 ölkə iştirak edir. Bakıda keçirilən Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyası Hüquqi və Siyasi Məsələlər Komissiyasının 45-ci iclasında 11 ölkənin iştirak edəcəyini planlaşdırmışdıq. Son məqamda Moldava nümayəndə heyətinin başçısı şəxsi məsələyə görə gələ bilmədi, mənə zəng edərək dəstəyini bildirdi. Azərbaycan QDİƏT Parlament Assambleyasının Bakıda keçirilən iclasları ilə bağlı Ermənistan tərəfinə lazımi təminatlar verib və verir. Ona görə də Bakıda keçirilən iclasla bağlı Ermənistan tərəfinin məktub yazması, əlavə təminat istəməsi növbəti bir oyundur. Bir neçə il əvvəl Bakıda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının Baş Məclisinin iclası oldu. Ermənistana da beynəlxalq katiblik tərəfindən dəvət göndərilmişdi. Əvvəlcə Ermənistan tərəfi dedi ki, dəvət göndərilməyib, ancaq baş katib təsdiq etdi ki, dəvət göndərilib. Sonra da dedi ki, dəvət gəlib, dəvəti itirmişik. Artıq parlament səviyyəsində rəsmi sənəd itirilirsə, bu, parlamentin qeyri-ciddiliyindən xəbər verir. Həm də nəinki qeyri-ciddiliyindən, qeyri-konstruktivliyindən. İclaslarda iştirak etmək hər ölkənin öz işidir, təşkilat fəaliyyətini davam etdirir"
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB