Prezident: "Müasir idarəçilik olmasa uğura nail ola bilmərik"

Prezident: "Müasir idarəçilik olmasa uğura nail ola bilmərik"

"Bu cür tədbirin Azərbaycanda keçirilməsi bizim üçün şərəfdir. Əminəm ki, Azərbaycan Asiya İnkişaf Bankının dəstəyi ilə daha böyük inkişafa imza atacaq. AİB ilə səmərəli əməkdaşlığımız bundan sonra davam edəcək". SİA-nın xəbərinə görə, bu sözləri Prezident İlham Əliyev Bakıda keçirilən Asiya İnkişaf Bankının (AİB) Rəhbərlər Şurasının 48-ci İllik Toplantısında çıxışı zamanı söyləyib.

Prezident bildirib ki, Azərbaycan 23 ildir ki müstəqildir amma buna baxmayaraq ölkəmiz tarixinə, ənənəsinə tanınır: "İnanıram ki, ölkəmizə gələn qonaqlar tarixi abidələrimizi ziyarət etməyə, Azərbaycanla geniş tanış olmağa vaxt tapacaqlar. Azərbaycan Avropa ilə Asiya arasında arasında yerləşdiyi üçün multikultural dəyərlərdən bəhrələnib. Biz multikultural tarix və ənənəmizlə fəxr edirik. Azərbaycanın tolerant ölkə kimi inkişafına sadiqik. Biz bir neçə il əvvəl Beynəlxalq Multikulturalizm Mərkəzini təsis etmişik. Biz bir yerdə dini, irqi ayrıseçkiliklə mübarizə aparmalıyıq. Səylərimiz nəticəsində Azərbaycan dünyada multikulturalizm mərkəzi hesab olunur".

Dövlət başçısı söyləyib ki, Şəqrdə ilk demorkatik respublika məhz Azərbaycanda yaranıb: "Lakin işğal nəticəsində müstəqilliyimizi itirdik və 72 ildən sonra yenidən müstəqillik qazandıq. 1991-ci Azərbaycan müstəqil respublika oldu. 72 il müddətində bir çox çətinliklərdən keçdik. Bu müddət ərzində daxili gərginlik, iqtisadi çətinlik və Ermənistanın işğalı ilə üzləşdik. Müstəqilliyin ilk illərində Azərbaycanda siyasi və iqtisadi islahatlara başlanıb. O zaman ölkəmizdə siyasi sistem sovet sistemi, iqtisadiyyat isə planlı idi. Siyasi və iqtisadi sistemin transformasiyası vacib idi. 1990-cı illərin ortalarından başlayaraq bu sahədə böyük irəliləyişlərə nail olduq. Azərbaycanda bütün azadlıqlar təmin edilib. Sərbəst toplaşma, mətbuat azadlığı mövcuddur. Əhalinin 75 faizi internet istifadəçisidir. Biz genişzolaqlı interneti ölkənin ən ucqar nöqtələrinə belə çəkirik. Biz dərk edirik, müasir idarəçilik, siyasi transformasiya olmasa uğura nail ola bilmərik".

Bütün xəbərlər Facebook səhifəmizdə