Prezident toplantıda iştirak edir

Prezident toplantıda iştirak edir

Bakıda Asiya İnkişaf Bankının (AİB) Rəhbərlər Şurasının 48-ci İllik Toplantısı işini davam etdirir. SİA-nın xəbərinə görə, toplantıda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də iştirak edir.

Qeyd edək ki, İllik Toplantıda 3000-ə yaxın iştirakçı, o cümlədən üzv ölkələrin maliyyə nazirləri və digər hökumət rəsmilərinin, habelə mərkəzi bank rəhbərləri ilə yanaşı, özəl sektor, beynəlxalq maliyyə institutları və vətəndaş cəmiyyəti nümayəndələri, eləcə də tanınmış alimlər, ekspertlər, gənclər və KİV nümayəndələri iştirak edir.

Bütün xəbərlər Facebook səhifəmizdə