ABŞ Dağlıq Qarabağda keçiriləcək "parlament seçkilərini" tanımayacaq. SİA-nın Anadolu Agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ Dövlət Departamentinin yaydığı bəyanatda bildirilib.
ABŞ Dövlət Departamentinin sözçüsü Jeff Rathke keçirdiyi brifinqində də bubarədə sualı cavablandırıb. O deyib ki, ABŞ Dağlıq Qarabağı müstəqil bir dövlət olaraq tanımadığına görə orada keçiriləcək "seçkilərin" nəticələri Dağlıq Qarabağın hüquqi statusuna təsir etməyəcək.
Səbiyyə Əliyeva
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB