Millət vəkili "qara piar"çıların birbaşa ünvanını göstərdi AÇIQLAMA
"Anti-Azərbaycan kampaniyasının ABŞ dövlət katibi Con Kerrinin ofisindən idarə olunması ilə bağlı yayılan məlumatlar konkret olaraq Kerrinin və onu dəstəkləyən lobbiçi qrupların indiyə qədərki fəaliyyəti ilə daha çox xarakterizə olunur". Bunu SİA-ya Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Mustafa deyib.
Deputatın sözlərinə görə, Con Kerri və onu dəstəkləyən lobbiçi qruplar Azərbaycanın lider dövlətə çevrilməməsi, rəsmi Bakının bölgədə Ermənistan, Gürcüstanla müqayisədə daha arxa planda qalması istiqamətində səylər göstərirlər: "Bəs gəlin görək biz nələr edə bilərik? Təbii ki, bu sənədlər ortaya qoyulandan sonra artıq bəzi qrupların necə çalışdığını söyləmək mümkündür. Ümumilikdə ABŞ dövlətini birbaşa olaraq ölkəmizdə keçiriləcək birinci Avropa Oyunlarına mane olacaq qisimdə göstərmək doğru deyil. Çünki orada xeyli qüvvələr var ki, bu cür addımlar atırlar. Amma ABŞ-ın Dağlıq Qarabağa separatçıya dövlət səviyyəsində dəstək verməsi bir faktdır. Təbii ki, biz buna öz etirazımızı bildirməliyik. Biz xoş niyyət olanda onu qeyd edirik. Əgər bu xoş niyyət yoxdursa, biz bu yanaşmanı ABŞ-a yönəlik deyil, əksinə, onu edən subyektlərə qarşı sərgiləməliyik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB