"Mayın 7-də Vaşinqtonda Demokratiyaya Milli Dəstək Fondunun (National Endowment for Democracy - NED) təşkilatçılığı ilə "Azərbaycan: Demokratik həmrəylik üçün sınaq" adlı tədbirin keçirilməsinin planlaşdırılması göstərir ki, Azərbaycan mətbuatının bir neçə gün əvvəl ABŞ-ın müəyyən dairələrinin anti-Azərbaycan kampaniyasına başlaması barədə araşdırmasında göstərilən faktlar həqiqətdir". Bunu SİA-ya Yeni Azərbaycan Partiyası İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, millət vəkili Aydın Mirzəzadə deyib.
A.Mirzəzadə bildirib ki, bu tədbirdə iştirak edəcək aktyorlar eyni insanlardır: "Vaxtı ilə ABŞ prezidentinə Azərbaycan qarşı sərt tədbirlər görməyə çağıran müraciətin müəllifləri, özlərinin vaxtaşırı bəyanatları ilə Azərbaycan haqqında mənfi rəy formalaşdırmağa çalışanlar yenə də anti-Azərbaycan kampaniyasının baş aktyorlarıdır. Onlar ümid edirlər ki, belə dəyirmi masalarla, çağırışlarla, müraciətlərlə Azərbaycan haqqında beynəlxalq aləmdə mənfi rəy yarada biləcək, Azərbaycanda gedən proseslərə təsir edə biləcəklər".
Millət vəkili vurğulayıb ki, Azərbaycan öz müstəqil siyasətini kənara qoyaraq kimlərinsə sözçüsü, forpostu, onların sözünü yerinə yetirəcək qulluqçu rolunu oynamayacaq: "Bunu əksini düşünənlər kökündən yanılırlar. Azərbaycan öz müstəqilliyini ona görə qazanmayıb ki, onu kiməsə qurban versin, yaxud da öz milli maraqlarını hansısa kabinetdə oturanların istəyinə uyğun olaraq qursun. Azərbaycan müstəqildir və müstəqil olacaq".
Qeyd edək ki, mayın 7-də Vaşinqtonda Demokratiyaya Milli Dəstək Fondunun (National Endowment for Democracy - NED) təşkilatçılığı ilə "Azərbaycan: Demokratik həmrəylik üçün sınaq" adlı tədbir keçiriləcək. Saat yarım planlaşdırılan tədbirdə Emin Milli, Kənan Əliyev, Tomas de Vaal və Miriam Lanskoyun çıxışları nəzərdə tutulub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB