Bəhruz Quliyev: "Biz bir olmalı və birgə mübarizə aparmalıyıq"

Bəhruz Quliyev: "Biz bir olmalı və birgə mübarizə aparmalıyıq"

"Ümumiyyətlə, dünya praktikasında da belədir, milli maraqlar prioritet təşkil edəndə, dövlətçilik məsələsi önə çəkiləndə iqtidar-müxalifət məsələsi bir kənara qoulur. Hesab edirəm ki, bu gün biz də mövqeyimizi ortaya qoymalıyıq". SİA-nın məlumatına görə, bunu bu gün SƏS Media Qrupun rəhbəri, fəlsəfə üzrə fəlsəfə doktoru Bəhruz Quliyev "Bakı 2015" Birinci Avropa Oyunlarına Dəstək: Vətəndaş Cəmiyyəti Koalisiyası "Qərbin ikili standartları: demokratiya və insan hüquqları" mövzusunda keçirilən dəyirmi masada çıxışı zamanı deyib.

Qurum rəhbərinin sözlərinə görə, əgər dünyada Azərbaycana qarşı ikili standartlar mövcuddusa, biz buna qarşı öz mövqeyimizi sərgiləməliyik: "Bu gün ABŞ-da faktiki olaraq kütləvi mitinqlər, aksiyalar misli görünməmiş dərəcədə artıb və bu gün də davam edir. Hətta Baltimor şəhərində komendant saatı tətbiq edilib. Şəhərə qvardiya əsgərləri yeridilib. Vəziyyət dözülməz dərəcədə ağırdır. Baxmayaraq ki, bu ölkədə ən sərt qanunlar mövcuddur, kütləvi qanun pozuntuları mövcuddur. Axı biz bunları niyə demirik? Bu gün Azərbaycanın siyasətini, mədəniyyətini, iqtisadi inkişafını dünyaya təqdim etməyin zamanıdır. Ümummilli məsələlərdə biz bir olmalı və mübarizəmizi birgə aparmalıyıq. Bu gün Azərbaycana qarşı aparılan "qara piar" kampaniyası yeni deyil, paytaxtımızda keçirilən "Avroviziya" mahnı müsabiqəsində də ölkəmizə qarşı qaragüruh hücumları təşkil edilmişdi, ölkəmizin nüfuzunu gözdən salmağa çalışırdılar. Amma onlar öz istəklərinə nail ola bilmədilər. Hesab edirəm ki, Azərbaycanın milli maraqları, gələcək uğurlarımız, inkişafımız naminə mübarizəyə hazır olmalıyıq".

Bütün xəbərlər Facebook səhifəmizdə