Uorlikdən Qarabağ tviti

ATƏT-in Minsk qrupunun həmsədrləri aprelin 29-da Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanla görüşüblər. SİA-nın məlumatına görə, bu barədə Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik özünün "Twitter" səhifəsində yazıb.

O görüş zamanı Dağlıq Qarabağ münaqişəsinin həlli yollarının müzakirə olunduğunu qeyd edib: "Nalbandyanla görüşdə Dağlıq Qarabağ münaqişəsinin həllinə yeni imkanlar yaradacaq məhsuldar və müsbət müzakirələr aparılıb".

Qeyd edək ki, bu gün isə həmsədrlərin Azәrbaycanın xarici işlәr naziri Elmar Mәmmәdyarovla görüşü nəzərdə tutulur.

Görüşlər Parisdə keçirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə