"Arif Hacılı özündə siyasi mədəniyyət hiss etsəydi, Müsavat Partiyasını parçalamaq əvəzinə istefaya gedərdi". Bunu SİA-ya Azərbaycan Demokratiya və Rifah hərəkatının (ADR) İdarə heyətinin üzvü Səxavət Əlisoy deyib.
S. Əlisoy bildirib: "Onu yaxından tanıyan biri kimi deyirəm ki, nəinki Müsavat Partiyasını Suraxanı rayon təşkilatı, hətta bütün təşkilatlar belə Arfi Haclını istefaya çağırsalar, o, postundan getməyəcək. Çünki, onun əl altılarından ibarət MNTK-sı və digər qurumları çağırış edən təşkilatların çağırışını nizamnamədən kənar sayacaqlar".
S. Əlisoyun sözlərinə görə, Müsavat indi elə bir vəziyyətdədir ki, hətta 500 nəfərlik mitinq keçirmək iqtidarında deyil: "Arif Hacılıya bu şəkildə zaman ayırmağı Suraxanı rayon təşkilatı müsavatçılarına rəva bilməzdim. Hesab edirəm ki, ADR Hərəkatı möhkəmləndikcə Arif Hacılı siyasi meyyitə çevriləcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB