"Düşünürəm ki, burada ikiüzlülük siyasəti mövcuddur. Böyük dövlətlər həmişə çalışırlar ki, kiçik dövlətləri sıradan çıxarsınlar. SİA-nın məlumatına görə, bunu bu gün Bakıda keçirilən III Qlobal Açıq Cəmiyyətlər Forumunda çıxışı zamanı Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili Rusiya-Ukrayna münasibətləri haqqında danışarkən deyib.
Onun sözlərinə görə, bu gün peşəkar zabitlər Ukrayna ordusunda xidmət edirlər: "Heç kim düşünə bilməz ki, onlar orada təzyiq altında xidmət edirlər. Yox bu, əsla belə deyil. Həmin hərbiçilər könüllü olaraq Ukraynadadırlar. Ukraynada olan oliqarxlar yeni bir dövlətin yaradılmasına imkan verməyəcək. Bu ölkələrdə insanlar bəzən qərar qəbul etməkdə çox ləng davranırlar. Biz köhnə praktikadan uzaqlaşmalıyıq. Ukraynanın bəzi yerlərində müxtəlif çağırışlar mövcuddur. Burada mərkəzləşdirmədən uzaqlaşmaq önəmlidir. Avropanın özünəməxsus gücü var. Biz bunu öz təcrübəmizdən bilirik. Brüsseldə bu, çox cəlbedici görünürdü. Azərbaycana gəldikdə isə deyə bilərəm ki, bu dövlət öz yolunu seçib. Avropa ölkələlərinin bəzilərindən daha liberaldır. Avropa cəmiyyəti də bunu bilməli və anlamalıdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB