Viktor Yuşenko: "Bizi millət kimi kəssələr, uduzacayıq"

Viktor Yuşenko: "Bizi millət kimi kəssələr, uduzacayıq"

Bu gün Diasporla İş üzrə Dövlət Komitəsi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Madrid Klubunun birgə əməkdaşlığı çərçivəsində Bakıda III Qlobal Açıq Cəmiyyətlər Forumu ikinci gündür ki, öz işini davam etdirir. SİA-nın məlumatına görə, tədbirə 72 ölkədən Nizami Gəncəvi Beynəlxalq Mərkəzi, Madrid Klubu və Roma Klubunun üzvü olan sabiq ölkə və hökumət rəhbərləri, tanınmış ictimai və siyasi xadimlərdən ibarət 200-ə yaxın nümayəndə dəvət olunub. Forumda dünyanın bir sıra nüfuzlu siyasi və dövlət xadimləri ilə yanaşı, bir neçə ölkənin hazırkı dövlət və hökumət başçılarının da iştirak edir.

Bugünkü müzakirələrdə ilk olaraq çıxış edən Ukraynanın sabiq prezidenti Viktor Yuşenko bildirib ki, siyasi gündəliyimizdə müəyyən dəyişiklər dayanır: "Biz siyasi islahatlar paketi hazırlamalıyıq. Rusiya təcavüzünə qarşı necə mübarizə aparmaq olar? Digər paketlər də buna daxildir. Bu, yalnız Ukraynanın işi deyil. Ukraynaya beynəlxalq cəmiyyət tərəfindən dəstək lazımdır. Belə dəstək olsa, bu həm siyasi, həm də beynəlxalq səviyyədə öz töhfəsini vermiş olar. Bu müharibə milləti birləşdirdi. Biz axır başa düşdük ki, bir millət kimi olsaq qalib gələcəyik. Əgər bizi millət kimi kəssələr, uduzacayıq".

Ukraynanın sabiq prezidenti Leonid Kuchma isə diqqətə çatdırıb ki, ciddi investisiya qoyuluşu olmasa, hansısa uğura nail olmaqda çətinlik olacaq: "Biz tam müasirləşdirməni nəzərə alsaq bu, trilyonlarla dollar deməkdir. Hesab edirəm ki, bizim dövrdə bu son islahatlar olacaq. Mən Ukraynada sabiq Konstitusiya Assambleyasının üzvü kimi dəyişikliklərə nail olmağın tərəfdarıyam".

Qeyd edək ki, Foruma bu gün yekun vurulacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə