Prezident: "Müharibədə qardaşımı, oğlumu itirmişəm"

Prezident: "Müharibədə qardaşımı, oğlumu itirmişəm"

Bu gün Diasporla İş üzrə Dövlət Komitəsi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Madrid Klubunun birgə əməkdaşlığı çərçivəsində Bakıda III Qlobal Açıq Cəmiyyətlər Forumu II paneldə öz işini davam etdirir. SİA-nın məlumatına görə, tədbirə 72 ölkədən Nizami Gəncəvi Beynəlxalq Mərkəzi, Madrid Klubu və Roma Klubunun üzvü olan sabiq ölkə və hökumət rəhbərləri, tanınmış ictimai və siyasi xadimlərdən ibarət 200-ə yaxın nümayəndə dəvət olunub. Forumda dünyanın bir sıra nüfuzlu siyasi və dövlət xadimləri ilə yanaşı, bir neçə ölkənin hazırkı dövlət və hökumət başçılarının da iştirak edir.

Müzakirələrdə ilk çıxış edən Əfqanıstanın sabiq prezidenti Həmid Kərzai deyib ki, bugünkü mövzu barışa aiddir: "Biz Əfqanıstanda buna sülh deyirik. Biz barışığa necə nail oluruq? Bu elə mövzudur ki, biz bunun ətrafında illərlə məşğul oluruq. Münaqişə, qeyri-sabitlik və s. buna həm daxili, həm də kənar amillər təsir göstərir. Münaqişələr get-gedə qanuni iqtisadiyyatlarda artır. Biz bunu Livanda, Kolumbiyada və digər yerlərdə görmüşük. Münaqişələrə kənardan hansısa amillər təsir göstərirsə, onda barışığa nail olmaq asan deyil. Əksər hallarda münaqişələrin həlli sonda tez-gec çox güclü şəkildə tək regionda olan proseslər tərəfindən deyil kənardan təsir altına düşür".

Bosniya və Hersoqovinanın keçmiş baş naziri Zlatko Lagumdzija qeyd edib ki, ədalət olmadan barış ola bilməz: "Hər yerdə bu mövcud deyil. Bu, birinci sütundur. İkinci sütun iqtisadiyyatla bağlıdır. Üçüncü sütun qurumlardır. Dördüncü element isə təhsildir. Ətrafımızda olan mühit bu evləri dağıda bilər. Barış və bölüşən cəmiyyət vəhdətli bir evdir. Prezident İlham Əliyev də bu gün öz çıxışında Xocalı soyqırımına toxunaraq bu məsələ haqqında daha geniş nitq söylədi".

Livanın keçmiş prezidenti Amine Gemayel vurğulayıb ki, o müharibələrdə qardaşını, oğlunu, qardaşı oğlunu itirib: "Mən əsl dramı yaşamışam. Ona görə də mən bütün burada təqdim olunan fikirləri bölüşürəm. Kosovoda baş verən badisələr hər birimizi narahat edir. Burada mən barışıq, həm də bağışlanmaq terminindən danışmaq istərdim. Hər kəs keçmişi tanıyaraq bağışlamağa nail ola bilər. Bu, sosioloji bir məsələdir".

Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi, Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun da çıxışı olacaq.

Qeyd edək ki, Forum iki gün davam edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə