İrəvanda siyasi məhbuslara azadlıq tələbi FOTO

İrəvanda siyasi məhbuslara azadlıq tələbi FOTO

Ermənistanın müxalifətyönlü "Parlament təsisatı" təşkilatı "Siyasi məhbuslara azadlıq!" şüarı altında etiraz yürüşü və mitinq keçirib. Aksiya iştirakçıları əllərində olan şüarlarla İrəvanın mərkəzində yerləşən iki dövlət strukturunun binaları qarşısında dayanıblar. Etirazçılar öncə Ermənistanın konstitusiya məhkəməsi önündə, daha sonra isə parlament binası qarşısında öz etirazlarını səsləndiriblər. Müxalifətçilər daha sonra prezidentin iqamətgahı qarşısına qədər yürüş ediblər.

"Parlament təsisatı" təşkilatının funksioneri Arutyun Ağlamazyan aksiya ilə bağlı deyib ki, onlar sadəcə Sarkisyan rejimindən qanunsuz yerə həbs edilmiş üzvlərinin dərhal azad olunmasını tələb edirlər: "Onlar siyasi məhbusdurlar. Ona görə də həmin insanların ciddi mühafizə altında saxlanılmalarına da ehtiyac yoxdur. Həmin insanlara qarşı şər atıblar ki, guya onların məqsədi kütləvi qarşıdurmalar yaratmaqdan ibarət olub. Bu, iftiradır. Ona görə də rejimdən siyasi fəallarımızın dərhal azad edilməsini tələb edirik."

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə