"Çox təəssüf edirəm ki, Azərbaycanı gözü götürməyən müəyyən qüvvələr hələ də var". Bunu SİA-ya eksklüziv açıqlamasında Azərbaycan Respublikası Milli Məclisi Sədrinin birinci müavini Ziyafət Əsgərov deyib.
Z. Əsgərov xatırladıb ki, belə qüvvələr Azərbaycanda "Avroviziya" mahnı yarışması keçirilən zaman da belə anti-Azərbaycan təbliğatına başlamışdılar: "Ancaq Azərbaycan buna baxmayaq, "Avroviziya" mahnı yarışmasını yüksək səviyyədə təşkil etdi. Təbii ki, I Avropa Oyunlarının Azərbaycanda keçirlməsini, ölkəmizin inkişafını gözü götürməyən qüvvələr var. Təəssüf ki, hələ də Azərbaycan qarşı düşmən elementlər var. Onlar hər vəchlə çalışırlar ki, Azərbaycanı gözdən salsınlar, imicinə zərbə vursunlar. Bu oyunları boykot etməyə çağırırlar. Amma, onların bu əməlləri əbəsdir. Azərbayacan "Avroviziya" mahnı yarışmasında olduğu kimi, I Avropa Oyunlarını da yüksək səviyyədə keçirəcək. Çünki, bu oyunların keçirilməsində Azərbaycana dəstək verən qüvvələr həddindən artıq çoxdur. Bu oyunların keçirilməsində bizə dəstək olan qüvvə birinci növbədə xalqımız, dövlətimizin iradəsidir. Azərbaycan xalqı ilə prezidenti bir-birinə çox möhkəm dayaqdırlar. Ona görə də heç bir xarici qüvvə I Avropa Oyunlarının keçirilməsinə kölgə sala bilməz".
"Təəssüf edirəm ki, bu qüvvələr vaxtlarını əbəs yerə belə işlərə sərf edirlər. Hesab edirəm ki, bu qüvvələr insan haqları ilə alver edən qüvvələrdir. Həmin qüvvələr I Avropa Oyunları ilə bağlı anti-Azərbaycan təbliğatına baş qoşmaqdansa, Azərbaycanın problemləri ilə maraqlansınlar. Azərbaycanın işğal olunmuş əraziləri, qaçqın və məcburi köçkünlərimizin vəziyyəti ilə əlaqədar öz münasibətlərini bildirərdilər. Təəssüf ki, Azərbaycanın bu problemləri qalıb bir kənarda, Azərbaycana I Avropa Oyunları kimi məsuliyyətli bir yarışı keçirdiyinə görə sağol demək əvəzinə belə anti-Azərbaycan kampaniyası ilə məşğuldurlar. Karvan gedir, Azərbaycan inkişaf edir və bundan sonra da inkişaf edəcək. I Avropa Oyunları da yüksək səviyyədə keçiriləcək"- deyə, Z. Əsgərov vurğulayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB