Bolqarıstan prezidenti: "Avropada millətçilik artmaqdadır"

Bolqarıstan prezidenti: "Avropada millətçilik artmaqdadır"

"Biz lazımi andan qərarlar qəbul etməyə hazır olmalıyıq. Əks halqa qeyri-sabitlik üçün şərait yaranır". SİA-nın xəbərinə görə, bunu Bolqarıstan prezidenti Rosen Plevneliyev bu gün Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə Bakıda keçirilən III Qlobal Açıq Cəmiyyətlər Forumunın açılışında çıxış edərkən deyib.

O bildirib ki, hər bir böhran öz ilkin fazasına qaytarıla bilər: "Ancaq sülh o zaman təmin oluna bilər ki, qaydalar hamıya tətbiq olunsun. Hətta BMT Təhlükəsizlik Şurasının üzvlərinin beynəlxalq qaydalara əməl etməmək kimi meyləri var. Böhranların yaranması, silahların işə düşməsini gözləmək düzgün deyil. Sülh qanun aliliyi ilə bağlıdır. Biz universal dəyərləri aktivləşdirməliyik. Digər tərəfdən terrorizm, qlobal iqlim dəyişikliyi sərhədləri tanımır. Bu gün dünyada Soyuq Sülh hökm sürür. Bu gün Rusiya və Qərb bir-birinə qarşı çıxış edir, sanksiyalar tətbiq olunur. Ukraynada oyun qaydaları pozuldu. Rusiya gücünü, nüfuz dairəsini artırmağa çalışır. Avropa Birliyi isə unikal sülh naminə layihədir, burada Almaniya və Estoniya eyni hüquqa malikdir".

Dondurulmuş münaqişələr toxunan Bolqarıstan prezidenti qeyd edib ki, dondurulmuş münaqişələr olan məkanda insanlar rahat, xoşbəxt yaşaya bilmirlər: "Xalqların, insanların asılı şəraitdə yaşamasını aradan qaldırmalıyıq. Avropada millətçilik artmaqdadır. Vətənpərvərlik millətçilik deyil. İkinci Dünya Müharibəsində çoxlu dağıntı və təlafat olmuşdu. Ona görə də Avropa Birliyi yaradılıb. Biz böyük güclərin nüfuz dairələrini bölüşdürməsi zamanına qayıtmaq istəmirik. Balkanlar uzun müddət belə mübarizələrin mərkəzi olub. Avropa Birliyinin gələcəyi etimadın yaradılmasından keçir. Tarixi özünüz qurmasanız, başqaları quracaq. İnanıram ki, biz dostluq naminə bir-birimizi daha yaxşı başa düşəcəyik".

Bütün xəbərlər Facebook səhifəmizdə