İraqın 2-ci böyük şəhəri hesab edilən Mosulun "İslam Dövləti" terror təşkilatının nəzarətində olan bölgəsində növbəti iki edam aktı törədilib. SİA "dha"-ya istinadən xəbər verir ki, edam olunanlar "Xalqın görüşü" qəzetinin baş redaktoru Sair Əl-Əli və İbrahim Salih Muhammed adlı kürd-peşmərgə əsgəridir. Terror təşkilatının sosial şəbəkədəki səhifəsində yayımlanan son görüntülərdə Həmadiyənin Til Əsvəd bölgəsində əsir alınan kürd-peşmərgə əsgəri İbrahim Salih Muhammedin arxadan başına güllə atılması nəticəsində edam olunması görüntüləri yayılıb.
Kürdcə danışan və əslən Ərbildən olduğunu deyən İbrahim Salih Muhammed edamdan öncə kəlmeyi-şəhadətini deyir. Edamı reallaşdıran "İslam Dövləti" terrorçu da ölüm hökmunü yerinə yetirməmişdən öncə kürdcə danışır.
Qeyd edək ki, terror təşkilatı daha öncə əsir aldığı 9 əsir kürd-peşmərgə əsgərlərinin də edam səhnələrini sosial şəbəkədə yaymışdı. Peşmərgələrə qarşı edamları əsasən kürd əsilli "İslam Dövləti" terrorçularının həyata keçirildiyi bildirilir.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB