ABŞ-ın Baltimor şəhərində polis zorakılığı nəticəsində həyatını itirən zənci gənc Freddi Grayın dəfn mərasimindən sonra başlayan iğtişaşlar böyüdükdən sonra, şəhərdə fövqəladə vəziyyət və kommendant saatı elan olunub. Bələdiyyə başçısı Stefaniya Ravlinqs-Blayk axşam saat 22:00-dan səhər saat 05:00-a qədər şəhər sakinlərinin küçəyə çıxmalarını qadağan edən əmr imzalayıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, dünən günorta saatlarından sonra Grayın həbs olunduğu bölgədə çoxu lisey şagirdləri olmaqla, polis gücləri arasında toqquşmalar yaşanıb.
Etirazçılar polislərə daş, dəmir parçaları atıblar. Nəticədə "AA" agentliyinin foto müxbiri Samuel Corum bədən xəsarətləri alıb. Beləliklə, şəhərdəki vəziyyət axşam saatlarına doğru tamamilə nəzarətdən çıxıb.
Etirazçılar onlara qarşı aşırı güc tədbiq edən polislərin maşınlarını yandırmaqla yanaşı, dükanlara da yandırıcı maddələr atıb, binaları atəşə veriblər. Hadisə yerinə çağrılan yanğınsöndürənlər öz işlərinin öhdəsindən gələ bilmədiklərini etiraf etdiblər. Polis etirazçılara qarşı rezin güllələrdən və gözyaşardıcı qazdan istifadə edib. Olaylarda daha bir neçə nəfər jurnalistin də xəsarət aldığı bildirilir. Hadisə nəticəsində 27 nəfər həbs olunub.
Qeyd edək ki, Baltimor bələdiyyəsinin başçısı ABŞ ordusunun bir qolu hesab edilən Beynəlxalq Mühafizə güclərini də vəziyyəti normallaşdırmaqdan ötrü şəhərə çağırıb.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB