Şöbə rəisi: “Xidmətin vəzifələrindən biri də...”

Şöbə rəisi: “Xidmətin vəzifələrindən biri də...”

"Ümumiyyətlə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) qarşısında duran vəzifələrdən biri vətəndaşların müddətli həqiqi hərbi xidmətə hazırlanmasıdır". Bunu SİA-ya SHXÇDX-nın şöbə rəisi, polkovnik-leytenant Azər Babayev deyib.

Onun sözlərinə görə, hərbi vətənpərvərlik mövzusunda tədbirlərin keçirilməsi hələ bu işin tamamlanması demək deyil: "Vətəndaşların müddətli həqiqi hərbi xidmətə hazırlanması ilə bərabər həm də onların xüsusi hərbi ixtisaslar üzrə hazırlanması nəzərdə tutulur. Əlbəttə ki, mütəmadi olaraq vətənpərvərlik təbliğatının aparılması ilə əlaqədar tədbirlər həyata keçirilir. Çağırışaqədərki hazırlıq ümumtəhsil məktəblərdə daim nəzarətdə saxlanılır. Bu yaxınlarda Təhil Nazirliyi ilə SHXÇDX arasında qarşılıqlı fəaliyyət tədbirlər planı hazırlandı. Bu tədbir çox genişmiqyası əhatə edir. Bütün çağırışaqədərki hazırlıq fənninin tədrisinə aid olan bütün məsələlər bu tədbirlər planında öz əksini tapıb. Burada həm çağırışaqədərki hazırlıq fənninin tədrisinin təkmilləşdirilməsi, eləcə də çağırışaqədərki hazırlıq rəhbərlərinin təyin edilməsi, onların statisiyasının keçirilməsi və s. hamısı tədbirlər planında əhatə olunub. Hal-hazırda o razılaşma mərhələsindədir. Bu yaxınlarda tədbirlər planı razılaşdırıldıqdan sonra işçi qrupu öz fəaliyyətinə başlayacaq".

A.Babayev əlavə edib ki, vətənpərvərlik mövzusunda keçirilən tədbirlərdə hərbi hissələrə də getmək var: "Xidmət tərəfindən vətəndaşların xüsusi hərbi ixtisaslar üzrə hazırlığı aparılır. Yəni bu, xidmətin vəzifələrindən biridir. Təbii ki, xüsusi hərbi ixtisaslar üzrə hazırlıqda məhz hərbiyönümlü istiqamətdə təhsilin təşkilidir".

Bütün xəbərlər Facebook səhifəmizdə