YAP Mərkəzi Aparatında hesabat-seçki yığıncağı TƏDBİR-FOTOLAR-VİDEO

YAP Mərkəzi Aparatında hesabat-seçki yığıncağı TƏDBİR-FOTOLAR-VİDEO

Bu gün Yeni Azərbaycan Partiyası (YAP) Mərkəzi Aparatı ərazi ilk partiya təşkilatının hesabat-seçki yığıncağı keçirilib. SİA xəbər verir ki, yığıncaqda ərazi ilk partiya təşkilatının sədri Tamilla Hacıyeva hesabat dövrü ərzində görülmüş işlər barədə geniş məruzə ilə çıxış edib.

T.Hacıyeva ölkəmizin ictimai-siyasi, sosial, mədəni və iqtisadi inkişafında xüsusi yeri olan Yeni Azərbaycan Partiyasının əldə etdiyi böyük nəaliyyətləri diqqətə çatdırıb: "Fəaliyyətimizdə Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin uğurlu daxili və xarici siyasət xəttini əhali arasında geniş şəkildə izah və təbliğ edilməsi, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının ildönümləri ilə əlaqədar nəzərdə tutulmuş tədbirlərin keçirilməsi, 2014-cü ildə keçirilən bələdiyyə seçkilərinin uğurla başa çatdırılması, YAP sıralarının kəmiyyət və keyfiyyətcə yaxşılaşdırılması, partiyanın beynəlxalq əlaqələrinin daha da genişləndirilməsi və digər cari işlərin yerinə yetirilməsi məsələləri əksini tapır. YAP rayon (şəhər) təşkilatlarının təşəbbüsü ilə bütün bölgələrdə Ümummilli Liderin xatirəsinə həsr olunmuş silsilə tədbirlər keçirilib, əziz xatirəsi yad edilib. Bundan əlavə, ötən il mayın 7-də Yeni Azərbaycan Partiyası tərəfindən Ulu Öndər Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü ilə bağlı "Heydər Əliyev və yeni cəmiyyət modeli" mövzusunda konfrans və eyni adlı kitabın təqdimat mərasimi keçirilib. Yeni Azərbaycan Patiyası tərəfindən görülən işlər cəmiyyətimizin daha da inkişaf etməsinə öz müsbət təsirini göstərib. Bu baxımdam ötən il YAP İdarə Heyətinin qərarına əsasən müxtəlif sahələri əhatə edən 12 komissiyanın yaradılması partiya fəaliyyətinin daha da güclənməsinə təkan olub. Hesabat dövründə komissiyalar tərəfindən keçirilən iclas və tədbirlərdə müxtəlif aktual məsələlər müzakirə olunmaqla layihələr hazırlanıb, təkliflər irəli sürülüb".

Hesabat məruzəsi ətrafında YAP İdarə Heyətinin üzvü Kərim Kərimov, "Səs" qəzetinin baş redaktoru Bəhruz Quliyev və YAP Mərkəzi Aparatının məsul işçisi Emil Abbasov çıxış ediblər.

Çıxışlarda YAP Mərkəzi Aparatı ərazi ilk partiya təşkilatının hesabat dövrü ərzində fəaliyyəti qənaətbəxş qiymətləndirilib. YAP İcra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov çıxış edərək ilk partiya təşkilatının fəaliyyətini müsbət dəyərləndirib. O bildirib ki, Yeni Azərbaycan Partiyası ölkəmizin ən güclü siyasi qüvvəsidir.

Ölkə Prezidenti İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasətin cəmiyyətimizdə geniş təbliğ olunmasında partiyamızın üzvlərinin fəal rol oynadığını deyən S.Novruzov qeyd edib ki, YAP üzvləri bütövlükdə ictimai-siyasi proseslərdə aktiv iştirak edirlər. İyun ayında Azərbaycanın I Avropa Oyunlarına ev sahibliyi edəcəyini deyən YAP İcra katibinin müavini bu hadisənin ölkəmizin beynəlxlq müstəvidə nüfuzunun daha da artmasına müsbət təsir göstərəcəyini bildirib: "Doğrudur, bu məsələdən qıcıqlanan, ümumilikdə Azərbaycanın inkişafına qısqanclıqla yanaşan müəyyən xarici və daxili qüvvələr ölkəmizin nüfuzuna zərbə vurğmağa çalışırlar. Amma bu cəhdlər heç bir nəticə verməyəcək. Azərbaycan bir daha özünü demokratik, dinamik inkişaf edən bir ölkə kimi dünyaya təqdim edəcək. Hesab edirəm ki, bu istiqamətdə partiyamızın fəalları bu kimi uğurlarımızın təbliğatında daha da fəal iştirak etməlidirlər. İl ərzində digər bir mühüm hadisə isə noyabrda keçiriləcək parlament seçkiləridir. Yeni Azərbaycan Partiyası bu seçkilərə də mütəşəkkil şəkildə hazırlaşır. Partiyamızın gəncləri də ictimai-siyasi proseslərdə, təbliğat işlərində aktiv iştirakları ilə seçiliirlər".

YAP-ın 76 rayon və şəhər təşkilatlarının gənclər birliklərinin hesabat-seçki konfransı keçirilib. Bu konfraslarda təşkilati baxımdan müəyyən dəyişikliklərin edildiyini deyən S.Novruzov yaxın zamanlarda YAP Gənclər Birliyinin hesabat-seçki konfransının keçiriləcəyini bildirib. O, həmçinin, YAP Səbail rayon təşkilatının da növbədənkənar konfransının keçiriləcəyini diqqətə çatdırıb: "Müəyyən səbəblərdən YAP Səbail rayon təşkilatının növbədənkənar, 10-cu konfransı keçiriləcək. Bu təşkilat partiyamızın yerli strukturları arasında ən böyük, mərkəzi təşkilatlarından biridir, 103 ilk təşkilatı var, onun sıralarında 25 mindən artıq insan birləşib. YAP Mərkəzi Aparatı ərazi ilk partiya təşkilatı da YAP Səbail rayon təşkilatının tərkibində olduğu üçün konfransa nümayəndələr seçməliyik. Bütövlükdə, ilk təşkilata gələcək fəaliyyətində uğurlar arzulayıram".

Sonda təşkilatı məsələlərə baxıldı, 13 nəfərdən ibarət YAP Mərkəzi Aparatı ərazi ilk partiya təşkilatının İdarə Heyətinə üzv, Afət Hüseynova ərazi partiya təşkilatına sədr, "Səs" qəzetinin baş redaktoru Bəhruz Quliyev isə müavin seçildi.

İntizarə Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə