Suriyalılar Avropaya köçürülür?

Avropa Komissiyası Avropa İttifaqına məsləhət verdi
Suriyalılar Avropaya köçürülür?

Avropa Komissiyası Avropa İttifaqına üzv dövlətlərə 130 min suriyalı qaçqınla bağlı təklif irəli sürüb. SİA "itar-tass" agentliyinə istinadən xəbər verir ki, sözügedən təkliflə Avropa Komissiyasının nümayəndəsi Nataşa Berto çıxış edib.

"Tərəfimizdən hazırlanan və miqrasiya problemlərinin həlli istiqamətindəki plan çərçivəsində biz Aİ dövlətlərinə əlavə olaraq, 130 min Suriya qaçqını üçün yer ayrılmasını məsləhət görmüşük" -deyə, Avropa Komissiyasının nümayəndəsi bildirib.

Qeyd edək ki, bu həftənin cümə axşamı günü Brüsseldə ölkə başçılarının, eyni zamanda Aİ-yə daxil olan 28 dövlət hökumətlərinin iştirakı ilə Şimali Afrikadan Avropaya miqrasiya probleminə həsr olunmuş sammiti keçiriləcək. Sammitdə Avropa Komissiyası tərəfindən təklif olunan və müxtəlif problemli aspektləri əhatə edəcək planın 10 müddəasına baxılacaq. Müddəalarda miqrant daşıdığı halda qəzaya uğrayan dəniz nəqiyyatlarının xilası, qeyri-leqal şəkildə qaçqınları daşıyan kriminal qruplarla mübarizə mövzuları daxil olacaq.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə