Mütəllim Rəhimli: “Müxalifətin gileylənməsi əhəmiyyətsizdir” AÇIQLAMA

Mütəllim Rəhimli: “Müxalifətin gileylənməsi əhəmiyyətsizdir” AÇIQLAMA

"Milli Məclisdə "Sərbəst toplaşmaq azadlığı haqqında" qanuna ediləcək dəyişiklikdən müxalifətin narahat olması təbii haldır". Bunu SİA-ya Ədalət Partiyasının Aparat rəhbəri Mütəllim Rəhimli deyib.

Aparat rəhbərinin sözlərinə görə, Milli Məclisdə qanunun bəzi maddələrinə ediləcək dəyişiklikdən narahatçılıq keçirməyə dəyməz: "Əgər sərbəst toplaşmağa imkan verilirsə, icazə üçün müraciət olunursa və bütün bunlar qanun çərçivəsində baş verirsə hesab edirəm ki, gileylənmək lazım deyil. Müxalifət ona görə narahatçılıq keçirir ki, bu məsələlər onlar üçün böyük mane ola bilər. Onlar bütün aksiyalarına yalnız 500-800 nəfər adam toplaya bilir. Bu insanlar sadəcə olaraq boş-boşuna hay-küy qaldırmaqla məşğuldurlar. Bir sözlə, onların bu məsələlərdən ehtiyyatlanması əhəmiyyətsizdir".

Bütün xəbərlər Facebook səhifəmizdə