Bu gün Azərbaycan Universitetində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 92 və hakimiyyətə qayıdışının 22-ci ildönümünə həsr olunmuş "Uydurma erməni soyqırımı: yalanlar, iftiralar; Türk-müsəlman soyqırımı: faktlar, həqiqətlər" mövzusunda II Beynəlxalq elmi-praktiki konfrans keçirilir. SİA-nın məlumatına görə, konfansda Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin məsul işçisi Vüqar Səlimov, Azərbaycan Universitetinin rektoru Fərid Əhmədov, AMEA-nın A.Bakıxanov adına Tarix İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Yaqub Mahmudov, "Gənclərin Elmi Araşdırmalarına Dəstək" (GEAD) İctimai Birliyinin sədri Məmmədəli Babaşlı, SƏS Media Qrupun rəhbəri, fəlsəfə üzrə fəlsəfə doktoru Bəhruz Quliyev, tanınmış ziyalılar və KİV əməkdaşları iştirak ediblər. Konfrans iştirakçıları tədbirdən öncə Ulu Öndər Heydər Əliyevin universitetin foyesində ucaldılan büstü önünə əklil qoyublar.
Daha sonra konfrans universitetin akt zalında davam etdirilib.
Tədbirə Azərbaycan Respublikasının Dövlət Himinin səsləndirilməsi ilə start verilib.
Universitetin rektoru Fərid Əhmədov tədbiri açaraq deyib ki, konfransın mövzusu öz aktuallığı ilə seçilir.
AMEA-nın Tarix İnstitutunun direktoru Yaqub Mahmudov bildirib ki, bu kimi mövzular bundan sonra da davam etdirilməlidir: "Biz bu mövzuları gənclik qarşısında müzakirə etməliyik. Bu konfransın Ümummilli Liderə həsr olunması son dərəcə ibrətlidir. Ulu Öndəri narahat edən məsələ 200 illik tarixin tam şəkildə öyrənilməməsi idi. Məhz bu səbəbdən də Azərbaycanın hər yerində tarixi şəxsiyyətlərin abidəsi ucaldılıb. Ulu Öndər hakimiyyətdə olduğu müddət ərzində çox cəsarətli addımlar adıb və dövlətçiliyimizin əsasını qoyub".
Qeyd edək ki, daha sonra konfrans işini bölmələr üzrə davam etdirəcək. Sonda isə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət qəbul olunacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB