Əli Həsənov: “Rusiya öz vətəndaşlarına sahib çıxmır”

Əli Həsənov: “Rusiya öz vətəndaşlarına sahib çıxmır”

"Mən dəfələrlə demişəm və yenə təkrar edirəm, bizə Ermənistandan daha çox təsir edən Rusiya dövlətidir. Çünki o girovlardan biri həm Rusiya, həmdə Azərbaycan vətəndaşıdır". SİA-nın məlumatına görə, bunu bu gün jurnalistlərə açıqlamasında Baş nazirin müavini Əli Həsənov ermənilər tərəfindən girov götürülən Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı məsələyə münasibət bildirərkən deyib.

Baş nazirin müavinin sözlərinə görə, Rusiya vətəndaşı Dilqəm Əsgərovun ikili vətəndaşlığı mövcuddur: "Digərinin ailəsi, həyat yoldaşı ümumiyyətlə Rusiya vətəndaşıdır və rus millətinə məxsusdur. Həmin ailə üzvləri Rusiya prezidentinə müraciət etdi ki, onlara köməklik olunsun. Amma çox təəssüf edirik ki, Rusiya öz vətəndaşlarına sahib çıxmır. Axı necə oldu ki, 1988-ci ildə SSRİ tərəfindən təşkil olunmuş Sumqayıt hadisələrini törədənlərin bir neçəsi erməni əsillilər idi və həmin erməniyə hökm oxunandan sonra Rusiya tərəfi məsələ qoydu ki, onlar erməni olduğu üçün Azərbaycan həbsxanasında cəza çəkə bilməzlər, onları incidə bilərlər. Amma sonradan onu Rusiya ərazisinə apardılar və azad etdilər. Bəs indi onlar bu məsələyə niyə belə yanaşmırlar? Rusiya tərəfinin tam hüququ var ki, girovların ekstradisiya məsələsini ortaya qoysun. Beləcə onlar heç olmasa Rusiya həbsxanalarına köçürülsün. Təbii ki, bu imkan var və biz bu məsələni də qaldırırıq. Lakin təəssüflər olsun ki, sözügedən məsələ hələ açıq qalıb. Bu gün dünyada ədalətsizliklər hökm sürür. Bu mənada mən inanmıram ki, Avropa məhkəməsi və Rusiya bu problemi həll etsin. Sadəcə, onu bilirəm ki, Ali Baş Komandan, Azərbaycan Prezidenti İlham Əliyev o girovları özü azad edəcək. Bunu yaşayaq və tezliklə görəcəyik".

Bütün xəbərlər Facebook səhifəmizdə