Zahid Oruc: “ABŞ-da korrupsiya işsizlikdən sonra ikinci ən böyük bəla sayılır”
"Dünyanın əksər ölkələrində korrupsiya problemləri var. Məsələn, ABŞ-da korrupsiya işsizlikdən sonra ikinci ən böyük bəla sayılır". Bunu SİA-ya millət vəkili Zahid Oruc deyib.
O vurğulayıb ki, belə hallar inkaredilməzdir: "İstər ABŞ-da, istərsə də Qərb ölkələrində inkişafın müəyyən səviyyələrinə çatmalarına baxmayaraq paralel şəkildə dövlət idarəçiliyində, xüsusilə də dövlətlərarası mühüm razılaşmalarda, satınalmalarda böyük korrupsiya maraqları hər zaman öndə olub. Vaxtilə Avropa Parlamenti bütövlükdə buraxıldı. Yalnız ona görə ki, bir çox parlamentarilər korrupsiya əməllərinə görə ittiham olunurdular. O cümlədən müxtəlif ölkələrin rəhbərlərinə qarşı da bu hallar olub. Fransanın, Belçikanın və digər ölkələrin rəhbərlərinin seçilməsi prosesində xərclənən milyardlar birbaşa həmin qurumlarla, korporasiyalarla, təşkilatlarla, şirkətlərlə, qeyri-rəsmi razılaşmaların və onların gələcəkdə lobbi kimi maraqlarının müdafiəsinin nəticəsi deyilmi? Bu mənada Azərbaycanda dövlətin iradəsi ilə terror qədər böyük təhlükə daşıyan korrupsiya problemlərinin aradan qaldırılması üçün həyata keçirilən tədbirləri görməmək, dəyərləndirməmək, yardım etməmək, əksinə bunu Azərbaycan hakimiyyətini zəiflətmək üçün ondan yararlanmaq son dərəcə yanlış mövqedir".
Z.Orucun sözlərinə görə, korrupsiya ilə bağlı qeyd edilən problemləri heç kim inkar etmir, ancaq belə hallara dövlət siyasəti xarakteri vermək çox yanlışdır: "Azərbaycanı belə məsələlərlə təzyiq altında saxlamaq doğru deyil. Bu Azərbaycanın Qərblə münasibətlərinə zərbə vurmaq deməkdir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB