Politoloq: "Nazirlər gizli bank hesablarında milyonlar saxlayırlar"

Politoloq: "Nazirlər gizli bank hesablarında milyonlar saxlayırlar"

"Dünyada korrupsiya və rüşvətin ən çox yayıldığı ölkələr Qərb ölkələridir. Onlar diqqəti öz üzərlərindən çəkmək üçün digər ölkələri bu məsələdə ittiham edirlər. Əslində isə ən böyük korrupsiya halları Avropa ölkələrində müşahidə edilir. Məsələn, hazırda Fransada büdcə naziri Jerom Kayuzak vergidən yayınmaqda ittiham edilir. O, xaricdə gizli bank hesabı açaraq burada 600 min Avro toplayıb". Bu fikirləri SİA-ya açıqlamasında politoloq Vüqar Əsgərov bildirib.

Onun sözlərinə görə, fransalı nazir korrupsiya faktını etiraf edərək ölkəsinin rüşvət bataqlığında məhv olduğunu demişdi: "Eləcə də İtaliya, Almaniya, Belçika, İspaniya kimi ölkələrdə korrupsiya tüğyan edir. Almaniyada 2006-cı ildən tikilən aeroportun təhvil verilməsi hər il yubadılır və artıq xərclər 2 milyard 5,7 milyarda çatıb. Aeroportda təkcə səliqə yaradılmasına hər ay 162 min Avro pul xərclənir. Yaxud dərisinin rənginə görə öldürülən insanların qanı hələ də yerdədir. Çünki qaradərili insanları öldürən ABŞ polislərinin bir neçəsi sonradan bəraət alıb və ya rüşvət müqabilində azadlığa çıxıb. Halbuki ortada ölüm faktı var. Bu siyahını çox uzatmaq olar. Bəzi Qərb dairələri mütəmadi olaraq Azərbaycana qarşı da qərəzli mövqedən çıxış edərək ölkəmizi korrupsiyanın və rüşvətin yüksək faiz təşkil etdiyi ölkələrin slrasında çəkirlər. Onlara sual olunur, əllərində hər hansı bir fakt varmı? Təbii ki, yox. Əgər olsa idi, tərəddüd etmədən bunu hesabatlarında açıqlayardılar".

Bütün xəbərlər Facebook səhifəmizdə